Cənubi Afrika Respublikasında qeyri-adi hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, Yohannsburq şəhərində gecə barlarından birində dava düşüb.
Dava zamanı yerli sakinlərdən birinin başına 10 santimetr uzunluğunda bıçaq tiyəsi girib və o, bunu hiss etməyib.
Davadan sonra evinə gedərək yatan yerli sakin 4 gün beyin nahiyəsində tiyə ilə gəzib.
Tez-tez dostlarına başında və sol gözündə ağrıların olduğunu deyən zərərçəkən nəhayət, onların təkidi ilə həkimə gedib.
Məlum olub ki, 10 santimetr uzunluğunda tiyə onun kəllə sümüyünə girərək, ilişib qalıb.
Həkimlər tərəfindən dərhal əməliyyat edilən sakin jurnalistlərə “əgər qarşı tərəfdə bıçaq və ya başqa deşici alət varsa, qəhramanlıq etməyə dəyməz” deyə açıqlama verib.