26 Sentyabr 2018 10:04
2 273
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyatdakı vəziyyətə rahib Endryu Brunsonun aidiyyəti yoxdur, məsələ yaxında həll olunacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Royter” agentliyinə açıqlamasında deyib.

O, qeyd edib ki, terror əməllərində günahkar bilinən və hər iki ölkə arasında qarışıqlıq yaradan amerikalı rahiblə bağlı qərarı siyasətçilər yox, Türkiyə məhkəməsi verəcək:

“Türkiyə ABŞ sanksiyalarına baxmayaraq İran neftini və qazını almağa davam edəcək”.

Suriya məsələsinə də toxunan dövlət başçısı deyib: “Suriyada Bəşər Əsəd hakimiyyətdə qaldıqca sülhü bərqərar etmək mümkün olmayacaq. İdlibdə olan radikal qruplaşmalar təhlükəsiz zonalardan çıxarılırlar”.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər