26 Sentyabr 2018 11:03
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın bu bölgəyə təsiri aradan qalxana qədər ABŞ əsgərləri Suriyada qalacaq.

Teleqraf.com xəbər verir ki, bu bəyanatla ABŞ-ın Milli Təhlükəsizlik Müşavirliyinin sözçüsü Con Bolton çıxış edib.

O, bölgədəki Amerika hərbçilərindən narahatlıq keçirdiyini, İranın hücum meylinə qarşı İsrailin müdafiə haqqı olduğunu bildirib.

Con Bolton Rusiyanın Bəşər Əsədə S-300 kompleksi verməsini böyük xəta adlandırıb və əlavə edib ki, bu, bölgədə onsuz da mövcud olan gərgin durumu bir az da sərtləşdirəcək.

Qeyd edək ki, rus mediası bu ölkənin Suriyaya 2-4 ədəd S-300 hava müdafiə sistemi göndərəcəyini, bu sistemlərin əsasən İsrail, İordaniya, Livan və İraq sərhədlərinə yerləşdiriləcəyini yazıb.


Müəllif: Cavad

Oxşar xəbərlər