Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-də çıxışı zamanı Dağlıq Qarabağ məsələsi ilə bağlı bir sıra açıqlamalar verib.
Teleqraf.com xəbər verir ki, o, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistanın xarici siyasətinin prioritet istiqamətidir.
Hətta Ermənistanın da hüquqi cəhətdən tanımadığı qondarma Dağlıq Qarabağ Respublikası ilə danışıqlar aparılmasını tələb edən Nikol Paşinyan mümkünsüz bir şeyi – Azərbaycanın və dünya ölkələrinin hüquqi tərəf kimi tanımadığı qondarma respublika ilə danışıqlar aparmasını tələb edib.
Ermənistan ordusunun Qarabağda olduğu bir müddətdə ölkəmizi münaqişəni silah yolu ilə həll etməkdə günahlandıran Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünün pozması reallığını qəbul etməyib. Bununla yanaşı, “sülh danışıqlarını davam etdirəcəyik” deyən Paşinyan digər tərəfdən bu danışıqları pozan, hüquqa və qarşılıqlı münasibətləri ciddi ziyan vuracaq açıqlamalar verib.
Erməni baş nazir iddia edib ki, torpaqlar Azərbaycana qaytarılacağı təqdirdə burada yaşayan ermənilər deportasiya ediləcək.
Nikol Paşinyanın bu çıxışı assambleya iştirakçıları tərəfindən birmənalı qarşılanmayıb.