26 Sentyabr 2018 12:10
2 796
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Prezidenti Həsən Ruhani və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, görüş BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən sammiti çərçivəsində baş tutub.

Paşinyan Ermənistan və İran arasındakı dostluq münasibətlərindən məmnun olduğunu dilə gətirib və qeyd edib ki, kənar təzyiqlərə baxmayaraq, bu əlaqələr inkişaf etdiriləcək:

“Biz söz verdiyimiz kimi, Ermənistan və İran arasındakı dostluq əlaqələri ilə yanaşı, ticarət, iqtisadiyyat və digər sahələrdə də münasibətlərimizi davamı olaraq inkişaf etdirəcəyik. Bizim İranla münasibətlərimiz özəl xüsusiyyət daşıyır”.

Həsən Ruhani də iki ölkə arasında yüksək səviyyədə etibarın olduğunu bildirib:

“İranda yaşayan ermənilər ölkəmiz üçün xüsusi rol oynayırlar və iranlıların ermənilərə böyük hörmətləri var. Hesab edirəm ki, bu kimi dostluq münasibətlərinə görə Ermənistan və İran arasında qurulacaq Azad İqtisadi Zonanı genişləndirmək lazımdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər