26 Sentyabr 2018 14:02
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Neft şirkətlərinə qarşı Türkiyənin Rəqabət Qurumu istintaqa başlayıb.

Teleqraf.com xəbər verir ki, Türkiyənin “rəqabətin qorunması” qanunu pozmaqda günahlandırılan bir sıra neft şirkətləri məsuliyyətə cəlb oluna bilər.

“BP”, “OPET”, “Petrol Ofisi” və “Shell & Turcas” şirkətlərinin sənədləri yoxlanarkən rəqabətdən yayındıqları barədə dəlillər əldə olunub.

Əldə olunan dəlillərin kifayət qədər tutarlı olması səbəbi ilə Türkiyə Rəqabət Qurunu adı çəkilən şirkətlərə qarşı istintaqa başlayıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər