Soçi razılaşmasına baxmayaraq, Bəşər Əsəd qüvvələrinin İdlibə hücumları davam edir.
Teleqraf.com xəbər verir ki, rejim qüvvələri terrorçu qruplaşmaların dəstəyi ilə Lazkiyə də daxil olmaqla İdlibin cənub bölgələrində bir sıra kəndləri, o cümlədən Hələbin qərbi və Həmanın şimalını top atəşinə tutur.
Əsas zərbə nöqtələri isə Həmada Latamne və Əbu Ubeydə, Hələbdə Raşidin və Kəfər Həmra, İdlibdə Temaniyə, Təl Mərak və Lazkiyədir.
Bölgədə olan müxalif qüvvələr isə Əsədin bu hücumuna qarşılıq veriblər.
Rəsmi Ankara isə vəziyyəti nəzarətda saxladıqlarını və lazım gələrsə, ehtiyat tədbirlərinə əl atacaqlarını bildirib.