26 Sentyabr 2018 17:51
1 948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva İsrailin nümayəndə heyətini qəbul etməkdən imtina edib.

Teleqraf.com xəbər verir ki, rəsmi Tel-Əviv Milli Təhlükəsizlik Orqanının rəisi Meir Ben Şabatın başçılığı altında Moskvaya yeni bir nümayəndə heyəti göndərmək istəyib. Həmçinin bu nümayəndə heyətinin tərkibində İsrail baş qərargahından olan səlahiyyətli şəxslər də iştirak etməli idi.

Ancaq Kreml bu təklifi rədd edib.

“Haaretz” qəzetinin veridyi məlumata əsasən, İsrail tərəfi həmçinin gələcəkdə Baş nazir Benyamin Netanyahu və Müdafiə naziri Aviqdor Libermanın da Moskvaya səfərini müzakirə etmək istəyib. Lakin rəsmi Moskva buna da ehtiyac duymayıb.

Rəsmi Moskva İsrail aviasiyasının komandanı Amik Norkinlə aparılan danışıqlarla kifayətləndiyini bildirib.

Xatırladaq ki, Rusiyanın “İl-20” təyyarəsi sentyabrın 17-də Suriya sahillərində vurulub. Bu, Rusiya və İsrailin münasibətlərində gərginlik yaradıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər