26 Sentyabr 2018 20:14
2 886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan XİN ölkədə ABŞ laboratoriyalarının mövcudluğu iddialarını rədd edib.

Teleqraf.com xəbər verir ki, Rusiya XİN dünən verdiyi açıqlamada Ermənistan və Gürcüstanda ABŞ-a məxsus bioloji laboratoriyaların mövcudluğu haqqında məlumata sahib olduqlarını və bunun davam etməsinə imkan verilməyəcəyini qeyd etmişdi.

Rusiya XİN-in məlumatına əsasən, belə laboratoriyalara yerli vətəndaşların girişi qadağan edilir, orada yalnız amerikalı mütəxəssislər işləyir.

Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan isə bu xəbəri təkzib edib: “Ermənistan ərazisində nəinki ABŞ, hətta başqa bir ölkənin laboratoriyası yoxdur. Əgər belə laboratoriyalar varsa, orada erməni vətəndaşlar işləyir, amerikalılar yox”

Rəsmi Moskva isə məsələ ilə bağı araşdırmalara davam edəcəyini vurğulayıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər