ABŞ Dövlət katibi Mayk Pompeo oktyabrda Şimali Koreyaya səfər edəcək.
Teleqraf.com “RİA Novosti”yə istinadla xəbər verir ki, Mayk Pompeo Pxenyana səfəri çərçivəsində Koreya yarımadasının tam nüvəsizləşdirilməsi məsələlərini ətrafında müzakirələr aparacaq.
Dövlət katibinin ABŞ Prezidenti Donald Trampla Şimali Koreya lideri Kim Çen Inın görüşünə hazırlığı müzakirə edəcəyi nəzərdə tutulub.