21 Avqust 2014 11:26
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada Ferguson şəhərindəki aksiyalardan reportaj hazırlayan Türkiyənin Anadolu Agentliyinin (AA)müxbiri Bilgin Şaşmaz polis tərəfindən təhdid olunub.

Teleqraf.com xəbər verir ki, aksiya zamanı türkiyəli jurnalistə silah tuşlayan və ölümlə təhdid edən polis zabiti cəzalandırılıb.

Louis Polis Şöbəsinin sözcüsü Brian Şelman adını açıqlamadığı polisin hərəkətlərini pisləyb: "Polis məmurunun aksiyadakı uyğunsuz hərəkətlərinə görə təəssüflənirəm".

Töhmət alan polis Fergusondakı aksiyalar zamanı AA-nın müxbirinə silah tuşlayaraq "bir daha mənim üzərimə işıq tuşlasan səni öldürəcəm" sözləri ilə təhdid edib. Polis digər jurnalistlərə "əllərinizi qaldırın" və "geri çəkilin" deyən polis öz həmkarları tərəfindən aksiya yerindən uzaqlaşdırılıb.

AA-nın əməkdaşı ölüm təhdidi alandan 3 dəqiqə sonra nəzarətdə saxlaınılıb və 6 saat qorunub.

Ayxan


Müəllif:

Oxşar xəbərlər