"Suriyanın İdlib şəhərində atəşkəsin təmin edilməsi Rusiya və Türkiyə prezidentlərinin birgə uğurudur".
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Nyu Yorkda jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Çavuşoğlu burada ABŞ-ın Yaxın Şərq siyasətini tənqid etməkdən də çəkinməyib. O, qeyd edib ki, Ağ evin Fələstin qaçqınlarına yardımı kəsməsi Türkiyəni digər dövlətlərə müraciət etməsinə səbəb olub.