28 Sentyabr 2018 12:00
1 213
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiya hökuməti daha bir erməni ailəni ölkədən qovmaq istəyir.

Teleqraf.com xəbər verir ki, ailə Hollandiyanın Katveyke şəhərində kilsələrin birində mühacir kimi yaşayır.

Bundan öncə ailə ölkədə yaşamaq üçün mühacir statusu alıb və Ermənistanı birdəfəlik tərk edib.

Hazırda Hollandiya hökuməti erməni ailənin mühacir statusunu əlindən alaraq geri göndərmək istəsə də, ailə üzvləri Ermənistana qayıtmaq istəmir.

Erməni ailənin üzvü, Tilburq universitetində təhsil alan Ayrapi öz “Tvitter hesabında verdiyi açıqlamada 9 ildir Hollandiyada yaşadıqlarını və Ermənistana qayıtdıqları təqdirdə xoş güzəranla qarşılaşmayacaqlarını vurğulayıb.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər