28 Sentyabr 2018 12:21
1 555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi ailəsini ölkədən çıxarıb.

Teleqraf.com xəbər verir ki, belə bir məlumatı “İrates” qəzeti yayıb.

Məşhur səs yazısından sonra xidmət rəisi Artur Vanesyan ailəsinin təhlükəsizliyi ilə bağlı problemlər yarandığını deyib.

Daha sonra o, ailəsi ilə dövlətə məxsus bağ evinə köçüb. Lakin araşdırmalar nəticəsində ailənin bir neçə aydır ölkə xaricində olduğu aşkarlanıb.

Həmçinin bildirilir ki, Vanesyan açıqlamasında çox böyük bir yükün altına girdiyini və bu yükün ona hələ bir müddət baş ağrısı verəcəyini qeyd edib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər