İsraildən olan jurnalist Gideon Lavi Rusiyaya təşəkkür edib.
Teleqraf.com-un məlumatına görə, jurnalist qeyd edib ki, Moskva Suriyaya S-300-lər göndərməklə İsrailin gücünün qeyri-məhdud olmadığını sübuta yetirib:
“Rusiya S-300-lərin köməyi ilə İsraili öz yerinə oturda bildi. Tel-Əviv son zamanlar nəzarətdən çıxmışdı. Çoxdandır kimsə bizə göstərməli idi ki, gücümüz sərhədsiz deyil və ABŞ bizə daim havadarlıq etməyəcək”.
Jurnalist vurğulayıb ki, yalnız güc və məcburiyyət İsraili ədalətli davranmağa məcbur edəcək.