Düşənbədə dünən axşam saatlarında MDB ölkələri liderlərinin şam yeməyi zamanı maraqlı hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, Düşənbəyə yenicə gələn Rusiya Prezidenti Vladimir Putin birbaşa erkən gəlmiş ölkə liderləri üçün təşkil olunan şam yeməyinə qatılıb.
Digər ölkə liderləri ilə istiqanlı görüşən Putin Nikola Paşinyanla saymazyana salamlaşıb.
Şam yeməyi zaman erməni baş nazir masanın kənarında əyləşib və heç bir ölkə rəhbəri ilə söhbət etməyib.