Düşənbədə MDB liderlərinin görüşü zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında ayaqüstü söhbət olub.
Teleqraf.com xəbər verir ki, Nikol Paşinyan sosial şəbəkədə bu söhbət barədə açıqlama verəcəyinə söz verib.
Erməni mətbuat isə Paşinyanın Fysbukda belə bir status paylaşmasının gülünc olduğunu deyib. Bir çox mənbələr onu “sevincək uşaq” kimi qələmə verib.