ABŞ yeni nəsil qırıcıları ilə ilk hədəfini vurub.
Teleqraf.com xəbər verir ki, Pentaqon Əfqanıstanda Talibana məxsus bazaya avia-zərbələr endirib.
Bununla da yeni nəsil F-35B-lərlə ilk hücum həyata keçirilib.
Pentaqonun bir müddət əvvəl tədarükə buraxdığı F-35B-lər son illərin ən güclü hərbi təyyarələri hesab olunur.
Rəsmi Moskva yeni nəsil F-35B-lərin Suriyaya gətiriləcəyindən narahatdır.