ABŞ dünya ölkələrini İrana investisiya yatırmamağa çağırıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Dövlət departamentinin rəsmisi Hezer Hauert bildirib ki, investisiyalar İran hökumətini vətəndaşların ehtiyac duyduqları islahatları təxirə salmasına gətirib çıxarır.
Qeyd edək ki, ABŞ İranla əldə olunan sazişdən birtərəfli qaydada çıxıb və sanksiyalar tətbiq edib.