28 Sentyabr 2018 21:55
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İnsan Hüquqları Şurası Suriyaya dair qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, sənəd qurumun İsveçrənin Cenevrə şəhərində keçirilən 39-cu sessiyasında qəbul olunub.

Qətnamənin lehinə Şuranın 47 üzv ölkəsindən 27-si, əleyhinə 4-ü səs verib, 16 ölkə isə bitərəf qalıb.

Qətnamədə Suriyadakı durum, insan haqlarının vəziyyəti, Əsəd rejiminin qeyri-adekvat gücdən istifadəsi kimi məsələlər öz əksini tapıb. Sənəddə böhranın aradan qaldırılması üçün gərəkən addımların atılmasının yolları göstərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər