28 Sentyabr 2018 23:39
511
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail hərbçiləri Qəzza zolağında fələstinlilərin keçirdiyi “Böyük qayıdış” aksiyasını dağıtmaq üçün silaha əl atıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nəticədə 5 nəfər ölüb, 75 nəfər yaralanıb.

Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra ölənlərdən birinin şəxsiyyətinin müəyyənləşdirilmədiyini söyləyib.

Onun sözlərinə görə, hücum zamanı yaralananlardan 22-si uşaq, dördü təcili tibbi yardım briqadasının əməkdaşları, üçü isə jurnalistdir.

Qeyd edək ki, fələstinlilər martın 30-dan bəri Qəzza zolağında İsrailə qarşı “Böyük qayıdış yürüşü” keçirirlər.


Müəllif: Leyla

Oxşar xəbərlər