28 Sentyabr 2018 23:13
1 427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hindistanın müdafiə komitəsi 5,43 milyard dollarlıq razılaşmanı təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə baş nazir Modi qərar verib.

Razılaşmaya əsasən Hindistan Müdafiə Nazirliyi Rusiyadan 2 il ərzində S-400 raket kompleksləri alacaq. 4 il ərzində isə artıq hava hücumundan müdafiə kompleksləri Hindistana gətiriləcək.

Xatırladaq ki, ABŞ hökuməti Moskvadan S- 400 və Su-35 təyyarələri alacaq istənilən ölkəyə sanksiya tətbiq edəcəyi barədə xəbərdarlıq edib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər