“Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo “Şpigel” alman nəşrini məhkəməyə verəcək.
Teleqraf.com “Röyters”ə istinadla xəbər verir ki, məşhur futbolçu 9 il öncə amerikalı Ketrin Mayorqana təcavüz etdiyinə dair məqaləyə görə məhkəməyə üz tutacaq.
İddia ərizəsini Portuqaliyadan olan vəkillər hazırlayır. Kriştiano Ronaldonun vəkili Kristian Şers bildirib ki, futbolçuya onun şərəf və reputasiyasını qorumağa söz verib.
Onun sözlərinə görə, “Şpigel” nəşrinin futbolçunun şəxsi həyatı barədə şübhə yaratması yolverilməzdir.
“Qızıl top”un sahibi bildirib ki, zorlandığını iddia edən qız onun hesabına məşhurlaşmaq istəyir.
Ketrin Mayorqa isə iddia edir ki, futbolçu 2009-cu ilin yayında Las-Veqasda ona təcavüz edib, 1 il sonra bu barədə danışmaması üçün ona 375 min dollar verib.