ABŞ Hava Qüvvələrinə məxsus F-35B tipli hərbi təyyarə Cənubi Karolinada təlim uçuşu zamanı qəzaya uğrayıb.
Teleqraf.com “Anadolu”ya istinadla xəbər verir ki, dəniz piyadalarına məxsus Biufort Hava Bazasından havaya qalxan təyyarə ilə 8 kilometr məsafədən sonra bağlantı kəsilib.
Pilotun vəziyyəti barədə hər hansı məlumat əldə etmək mümkün olmayıb.
Bunun yeni nəsil F-35B təyyarələrinin ilk qəzası olduğu bildirilir.