Məşhur aparacı Acun Ilıcalı İnstaqram hesabında 2018-c ilin ilk proqramı olacaq “O səs Türkiyə”nin yeni jüriləri ilə şəkil paylaşıb.
Teleqraf.com-un xəbərinə görə TV8-də oktyabr ayında yeni mövsümdə ekranlara gələcək “O səs Türkiyə”nin çəkilişləri artıq başlanıb.
Murad Boz, Səda Sayan, Hadisə və Bəyazid Öztürklə birlikdə çəkilən şəkil qısa zamanda minlərlə insan tərəfindən bəyənilib.