Avropa İttifaqının sərhəd təhlükəsizliyi üzrə FRONTEX Agentliyi xarici sərhədləri qorumaq məqsədilə iki İsrail istehsalı olan “Heron-1” Pilotsuz Uçuş Aparatını (PUA) Yunanıstana göndərib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Krit adasının Tympaki hərbi hava limanına yerləşdirilən “Heron-1”lərin Yunanıstanın PUA xərclərini azaldacağı bildirilir.
FRONTEX Yunanıstandan başqa İtaliya və Portuqaliya sahillərində sınaq uçuşlarının həyata keçirildiyini açıqlayıb.
PUA-ların termal görüntü kameraları və radarlarla təchiz edildiyi qeyd edilib.
Məlumata görə, “Heron-1”lərdən kəşfiyyat, yoxlama, cinayətkarların təqibi, axtarış və xilasetmə əməliyyatları, şübhəli gəmilərin aşkarlanması və məlumatların mübadiləsi üçün istifadə olunacaq.