29 Sentyabr 2018 12:20
1 970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan oktyabrın 6-da Qarabağa səfər edəcək.

Teleqraf.com erməni mediasına istinadla xəbər verir ki, bu barədə Anna Akopyanın ofisi məlumat yayıb.

Anna Akopyanın “Qadınlar sülh naminə” humanitar aksiya çərçivəsində Rusiyadan gələn yazıçılar, publisistlər, ictimai fondların rəhbərləri, idman və siyasi sferada tanınan ondan çox qadınla birgə Qarabağa gedəcəyi bildirilir.

Məlumata görə, Nikol Paşinyanın xanımı oktyabrın 5-də Ermənistana gələn rusiyalı qadınları səhəri gün Qarabağa aparacaq.

Anna Akopyanın separatçı rejimin lideri Bako Saakyanla Rusiyadan nümayəndə heyətinin görüşünü təşkil etməyi planlaşdırdığı vurğulanır.


Müəllif: Nərgiz

Oxşar xəbərlər