Demet Akalın və Alişan sosial media üzərindən bir-biriləri ilə sözləşib.
Teleqraf.com xəbər verir ki, bir vaxtlar çox yaxın olan cütlük 2012-ci ildə dava edib küsüşmüşdü.
Keçən həftələrdə isə Demət Akalının ilk addım atdığı və Alışanla barışdığı xəbəri yayılıb. Alışan isə “barışmaq mümkün deyil, 6 il öncə niyə dava etdiyimizi belə xatırlamıram” deyib.
Bu açıqlamadan sonra isə Akalın İntsaqramda belə şərh yazıb: “Alışan hələ də qoyub gəldiyim yerdədi, bir arpa boyu yol getməyib. Bu, itki deyil...”