29 Sentyabr 2018 16:10
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müstəqil Dövlətlər Birliyinin üzvü olan ölkələrin müdafiə nazirlərinin növbəti – 75-ci iclası ilk dəfə Özbəkistanda keçiriləcək.

Teleqraf.com xəbər verir ki, iclas oktyabrın 10-12-də Daşkənddə baş tutacaq.

Özbəkistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iclasda MDB regionunda sabitlik və sülh əldə edilməsinə dair məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, bu ilin aprelində Özbəkistan Silahlı Qüvvələrinin Akademiyasında ilk dəfə olaraq MDB-nin Hava Hücumundan Müdafiə üzrə Koordinasiya Şurasının 48-ci iclası keçirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər