29 Sentyabr 2018 19:30
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın imzaladığı büdcə layihəsində Ukraynaya dəstək üçün 250 milyon dollar maliyyə yardımının ayrılması nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

“Konqresin bir müddət öncə qəbul etdiyi və ABŞ Prezidenti Donald Trampın da imzaladığı büdcə layihəsində Ukraynaya dəstək üçün 250 milyon dollar ayrılıb. Bu, ötənilki büdcə layihəsində ayrılan vəsaitdən 50 milyon dollar çoxdur”, deyə səfirliyin “Feysbuk” səhifəsində bildirilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər