30 Sentyabr 2018 00:12
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın sabiq baş naziri Manuel Valls 2019-cu ilin may ayında İspaniyanın Barselona şəhərində keçiriləcək bələdiyyə seçkilərində namizədliyini irəli sürüb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Fransada millət vəkili olmaqdan imtina edən Vallsın bu addımı həm Fransa, həm də İspaniyada böyük mübahisə yaradıb. Səbəb isə Kataloniya vilayətinin İspaniyadan ayrılmaq istəməsidir. Fransız və katalon dillərində açıqlama verib namizədliyini açıqlayan Manuel Valls deyib ki, onun bu addımı Fransadan qopmaq demək deyil. Sabiq baş nazir seçkilərdə məğlub olacağı təqdirdə Fransada siyasətdən çəkiləcəyini və Barselonada yaşayacağını bildirib.


Müəllif: Leyla

Oxşar xəbərlər