30 Sentyabr 2018 14:56
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 ildir ki, uçuşlara qapalı olan Kərkük hava limanı yenidən açılıb.

Teleqraf.com xəbər verir ki, türkmanlar Kərkük hava limanının açılışını böyük coşğu ilə qarşılayıb.

Buna qədər türkmanlar ya Bağdad, ya da Ərbil üzərindən təyyarəyə minmək imkanına sahib olublar.

Türk Hava Yolları yaxın günlərdə Kərkük-İstanbul reysi açacağını bildirib.

Qeyd edək ki, Kərkükdə hava limanının açılışı türkmanların dünyaya çıxması baxımından xüsusi əhəmiyyətə malikdir.


Müəllif: Cavad

Oxşar xəbərlər