Rusiya Suriyaya S-300-lərin göndərilməsinə start verdi.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın XİN rəhbəri Sergey Lavrov məlumat verib.
Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çəçivəsində keçirdiyi mətbuat konfransıda diplomat “Suriyaya S-300-lərin göndərilməsinə başlamışıq” deyə açıqlama verib.
Rusiya ilə yaşanan “İl-20” böhranından sonra münasibətləri normallaşdırmağa çalışan Tel Əvivin cəhdləri isə heç bir nəticə verməyib.