ABŞ son dövrdə PKK və PYD/YPG-yə göndərdiyi silahların və yarımın miqdarını 2 dəfə artırıb.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Haber 7” telekanalı açıqlayıb.
Telekanalın verdiyi məlumata əsasən, İdlibdə daimi sülhə nail olmaq üçün bir çox ölkənin burada olan terrorçu qruplaşmalara dəstəyini dayandırmağı lazımdır.
Əks təqdirdə, İdlib və Menbiç anlaşmaları uzunmüddətli olmayacaq. İdlibdə 15 minə qədər terrorçu var. Bunlardan bir hissəsi Rusiya dəstəkli çeçen və uyğur türkləri, qalanları isə ABŞ dəstəkli PYD-YPG terrorçularıdır.
ABŞ-ın İdlib razılaşmasından sonra PYD-YPG-yə dəstəyi artırması isə Menbiçdə əldə olunan razılaşmanı artıq əsassız edib. Belə ki, ABŞ bu terroçulardan istifadə etməklə İdlibdə öz maraqlarının qorunmasına çalışır.