Yaponiyada “Trami” tufanı nəticəsində 74 nəfər xəsarət alıb.
Teleqraf.com xəbər verir ki,
bölgədə 100 mindən çox insan təxliyə olunub.
Tufanın keçdiyi Okinava və Kaqoşimada yüz minlərlə ev elektrik enerjisiz qalıb.
Paytaxt Tokioda yerli xətlərdə qatarların hərəkəti axşam saat 8-dən sonra dayandırılıb, stansiyalar və marketlər bağlanıb.