1 Oktyabr 2018 10:00
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la Kanada arasında 1 ildən çox davam edən mübahisə artıq həllini tapıb.

Teleqraf.com xəbər verir ki, Şimali Amerika Azad Ticarət Assosiasiyası (NAFTA) razılaşmasının yenilənməsi məsələsində razılıq əldə olunub.

Bu barədə açıqlama verən Kanadanın Baş Naziri Castin Trudo “bütün gecə ABŞ-dan olan səlahiyyətli şəxslərlə video görüntülü müzakirə aparmışıq” deyə açıqlama verib.

İlk şərtlərin ağırlığı səbəbindən razılaşmanı imzalamayan baş nazir hazırkı sazişin Kanada xalqına iş və fürsət yaradacaq bir şəkildə tərtib olunduğunu diqqətə çatdırıb.

Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp razılaşmanı noyabr ayının sonunadək imzalamaq niyyətindədir.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər