Baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin Ermənistana 2019-cu ilin əvvəlində gələcəyinə ümid etdiyini açıqlayıb.
Teleqraf.com erməni KİV-ə istinadla xəbər verir ki, Nikol Paşinyan jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısı ilə daim əlaqədə olduğunu söyləyib.
Onun sözlərinə görə, daha öncə Rusiya prezidentinin Ermənistana səfərinin 2018-ci ilin sonunda və ya 2019-cu ilin əvvəlində olacağına dair razılıq vardı: “Düşünürəm ki, səfər növbəti ilin əvvəlində edilsə, daha düzgün olar. Niyə? Müqavilə bazasını hazırlamaq, səfər çərçivəsində sənədləri imzalamaq üçün”.