1 Oktyabr 2018 11:21
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-a məxsus eskadra Çin sularına daxil olmağa cəhd edib.

Teleqraf.com xəbər verir ki, Cənubi Çin dənizində rəsmi Pekinin özünün hesab etdiyi adalara ABŞ-a məxsus eskadra yaxınlaşıb.

“Dekatur” adlı hərbi gəmi Çin sularından 12 mil məsafədə üzərək Spratli adası yaxınlığında lövbər salıb.

Bundan əvvəl ABŞ hökuməti Çinin burada hərbi əməliyyatlar keçirməsindən narahat olduğunu və azad dəniz yollarından istifadəyə mane olmasına görə öz etirazını bildirib.

“Biz davamlı olaraq əməliyyatlar keçirəcəyik. Biz bunu etmişik və edəcəyik” –deyə Pentaqon açıqama verib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər