Makedoniyada keçirilən referendumun nəticələri ilə bağlı qərar qəbul olunub.
Teleqraf.com xəbər verir ki, referendumda ölkənin “Şimali Makedoniya Respublikası” adlandırılması səs qoyulub.
Seçkidə iştirak edən insanların 91 faizi adın dəyişdirilməsinin lehinə səs versə də seçki keçərsiz hesab olunub.
Çünki referendumda alınan qərarın qanuni qüvvəyə minməsi üçün əhalinin yarıdan çoxu seçkiyə qatılmalı idi.
Səsvermədə cəmi 34,9 faiz iştirakçı qeydə alınıb, buna görə də seçkinin keçərsiz olması barədə qərar qəbul edilib.
Makedoniya Respublikasının Baş naziri Zoran Zayev isə Yunanıstan tərəfi ilə aralarındakı ad böhranına toxunaraq “Vətəndaşların iradəsi mübahisə edilmir və buna hörmətlə yanaşılmalıdır” deyə açıqlama verib.