Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko ölkə prezidentinin fəaliyyətini şərh edib.
Teleqraf.com xəbər verir ki, “Vətən” partiyasının lideri prezident Pyotr Poroşenkonu sərt tənqid edib.
“Sizi, əziz dostlarım, 6 aydan sonra siyasi son gözləyir” – deyə Timoşenko vurğulayıb.
Xatırladaq ki, Ukrayna parlamentində Poroşenkonun rəhbərlik etdiyi partiyanın deputatlarından biri Timoşenkonu Rusiyanın milli maraqlarının müdafiəçisi kimi qələmə verib.