1 Oktyabr 2018 19:39
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

Makedoniyada ölkənin adının Şimali Makedoniya Respublikası ilə dəyişdirilməsini nəzərdə tutan referendum baş tutmayıb.

Teleqraf.com xəbər verir ki, referendumda seçicilərin iştirakı 50 faizdən aşağı olub.

Ölkənin Prezidenti və Millətçilər Partiyası seçkiləri boykot ediblər.

Referendumu dəstəkləyən Baş nazir Zoran Zaev isə səsvermədə iştirak edənlərin 90 faizinin ölkənin adının dəyişdirilməsinə tərəfdar olduğuna inandığını bildirib.

Qeyd edək ki, referendumun əsas məqsədi Yunanıstanın eyniadlı bölgəsi ilə yaranmış münaqişəyə son qoymaq və ölkənin Avropa strukturlarına daxil olmasına şərait yaratmaq idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər