2 Oktyabr 2018 00:59
1 194
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu, başlanğıc idi, davamı olacaq. Terrorçular İranın intiqam alacağını bilməlidir. Raketlər ABŞ-ın nəzarətindəki İŞİD bölgələrini hədəf alıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Bakiri Suriyanın Deyr əz-Zor şəhərində Əlbu Kamal mahalının raketlə bombalanması barədə danışarkən deyib.

Onun sözlərinə görə, Əhvaz şəhərinə olan hücumdan sonra son bir həftə ərzində müvafiq cavab addımları üçün müxtəlif tədbirlər görülüb: "Kəşfiyyat məlumatlarına əsasən təcavüzkarların İran əleyhinə olan qrupla əlaqələri olsa da İŞİD tərəfindən Deyr əz-Zordan təlimatlandırıldığımı aşkarladıq. Raket hücumu isə uğurla həyata keçirildi və İŞİD-in bir çox komandiri öldürüldü".

Məhəmməd Bakiri qeyd edib ki, İŞİD-lə birgə hücumu planlaşdıran İran əleyhinə qrup liderləri Avropa ölkələrindədir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər