2 Oktyabr 2018 10:04
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekində bu ay keçirilməli olan diplomatiya və təhlükəsizlik mövzusunda toplantı ləğv edilib.

Teleqraf.com xəbər verir ki, Pentaqon rəhbəri Ceyms Mettisin də qatılmalı olduğu toplantı hər il keçirilirdi.

Rəsmi Pekin Mettis də daxil olmaqla ABŞ-dan olan diplomatları və hərbi ekspertləri qəbul edə bilməyəcəyini bildirib.

Qeyd olunur ki, toplantı son dövrlərdə Çinin Rusiyadan aldığı silahlar, ABŞ-ın Tailanda etdiyi 300 milyon dollarlıq silah yardımı və Cənubi Çin dənizində ABŞ hərbi donanmasının təxribatlarına görə ləğv edilib.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər