2 Oktyabr 2018 12:23
1 642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyan Ermənistanın “Respublika” partiyasının sədri Vaqram Baqdasaryanla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu hər iki fraksiya lideri arasında keçirilmiş ilk görüşdür.

Görüşdə müzakirə olunan əsas məsələ nöbədənkənar parlament seçkilərinin keçirilməsi olub.

Jurnalistlərin suallarını cavablandıran erməni baş nazir deyib ki, qarşı tərəfə seçkiləri 2-3 ay ərzində keçirməyin tərəfdarı olduğunu bildirib:

“Parlamentdə azlıq və çoxluq məsələsi var. Əgər iqtidar səslərin əksəriyyətini yığsa belə, parlamentin 1\3-i müxalifətin payına düşəcək”.

Danışıqların nəticəsi barədə suala cavab verən Paşinyan Respublika Partiyasının seçkiləri 2022-ci ildə keçirilməyə tərəfdar olduğunu bildirib:

“Mən deyirəm ki, bu düzgün mövqe deyil. Erməni xalqına hazırda ən çox lazım olan növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Bu məsələ həll olmasa xarici siyasətdə də uğur qazanayacağıq. Kimsə buna qarşı çıxırsa, deməli xalqın əziyyət çəkməsini istəyir”.

Paşinyan 2 variantın mümkünlüyünü qeyd edib: Birincisi, konstitusiyada dəyişikliklər etmək, ikincisi razılaşma əldə oluna bilər ki, baş nazir hansısa bir gün istefa versin, yeni baş nazir seçilməyəcək və bununla da növbədənkənar seçkilərə gedilsin. Bu varinatların hər ikisi risklidir".

Erməni mətbuatı isə Paşinyanın bu cür tez bir zamanda seçkilərə getmək istəməsinin səbəbini açıqlayıb.

Belə ki, Nikol Paşinyan hazırda xalqın inamına güvənərək seçkilərə gedib parlamentdə üstünlüyü ələ keçirərək, hakimiyyəti tam ələ keçirmək istəyir. Öz partiyasını hegemon qüvvə etmək istəyən baş nazir bundan sonra bu üstünlüyü qoruyaraq təkrar-təkrar baş nazir seçilmək məqsidini güdür. Seçkilərin 2022-ci ilə qədər uzanması isə Paşinyanın öz seçici elektoratının böyük bir hissəsini itirlməsinə gətirib çıxara bilər.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər