Moskva Belorus Prezidenti Aleksandr Lukaşenkoya alternativ axtarır.
Teleqraf.com xəbər verir ki, belə bir məqalə ilə Belorusun “nyusread” agentliyi xəbər yayıb.
Belorus prezidentinin son dövrlər xarakterində və davranış tərzindəki dəyişikliklər və özündən eqoizm Kremldə narazıçılıq yaradıb. Moskva Lukaşenkonu qiyam qaldıraraq dəyişməkdə qərarlıdır.
Soçi görüşündən sonra Putin və Lukaşenkonun danışıqları heç bir nəticə verməyib. Açıqlamalarda “biz gələcəkdə hər şeyi yoluna qoyacağıq” deyilməsi belorus ictimaiyyəti və mediası tərəfindən bir mənalı qarşılanmayıb.
“Lukaşenko-Putin: səssiz ayrılıq” məqaləsində Aleksandr Qriqoreviç qeyd edir:
“Müttəfiqlik uzun müddətli bir şey deyil. Moskva və Minskin heç də hər zaman maraqları üst-üstə düşməyəcək. Bu problemlər heç bir zaman tamamilə həll olunmayacaq. Hər bir halda hər kəs özünə maraqlı olanı üstün tutacaq”.
Minsk Rusiyadan enerji resurslarını ucuz almaq istəyir. Rusiya isə öz əlaltısı ilə bazarlıq etmək istəmir və resurslarını istədiyi qiymətə satır. Bu, hər iki ölkə arasında narazılığı artıran səbəblərdəndir. Moskva verdiyi qərarların müzakirə edilməsini xoşlamır.
“Moskvanın Belorusiya prezidenliyinə bir neçə namizədi var. Onlar arasında seçim etmək qalır” – deyə yerli mətbuat orqanları qeyd edir.
Bildirilir ki, hətta Kreml ölkədəki dəyişikliyi reallaşdırmaq üçün Rusiya Federasiyası prezidentinin 7 il ərzində Privolj federal əyalətində nümayəndəsi olmuş Mixail Babiçi Belorusa səfir təyin edilib.