2 Oktyabr 2018 15:23
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

Casusluqda, PKK və FETÖ terror təşkilatları ilə əlbir olub cinayət törətməkdə ittiham olunan amerikalı rahib Endryu Bransonun vəkili ev həbsinin aradan qaldırılması tələbi ilə sabah Konstitusiya Məhkəməsinə müraciət edəcək.

Teleqraf.com xəbər verir ki, Endryu Bransonun vəkili İsmayıl Cem Halavurt iddianamədə müdafiə etdiyi şəxsin xaricə çıxışına qoyulan qadağa ilə bağlı tələbin irəli sürüləcəyini söyləyib: “Oktyabrın 12-dən əvvəl qərar veriləcəyini gözləmirəm, lakin biz məhkəmə prosesindən əvvəl iddia qaldırmaq niyyətindəyik”.

Qeyd edək ki, amerikalı rahib oktyabrın 12-də məhkəmə qarşısına çıxarılacaq. Barəsində iddialar təsdiqlənərsə, Endryu Bransonu 35 ilə qədər həbs cəzası gözləyir.


Müəllif: Nərgiz

Oxşar xəbərlər