2 Oktyabr 2018 20:15
1 174
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin insan hüquqları üzrə xüsusi nümayəndəsi Cavid Rəhman İranla bağlı hesabatını yayımlayıb.

Teleqraf.com xəbər verir ki, o, İran hökumətindən bu ölkəyə girişinə qoyulan qadağanın ləğvini tələb edib.

İranda insan haqları ilə bağlı vəziyyətin ağır olduğunu bildirən pakistanlı hüquq müdafiəçisi bildirib ki, İran hakimiyyəti onun ölkəyə girişi ilə bağlı qadağanı ləğv etməli, İranda insan haqları fəalları və həbsdə saxlanılan siyasi məhbuslarla görüşməsinə şərait yaratmalıdır.

Cavid Rəhman bu barədə İrana rəsmi müraciət ünvanlayacağını diqqətə çatdırıb:

“İranda edamların sayının kəskin artması, söz və ifadə azadlığının məhdudlaşdırılması, qadınların, eləcə də milli və dini azlıqların hüquqlarının kobud şəkildə pozulması, siyasi məhbuslara həbsxanalarda işgəncə verilməsi, siyasi-ictimai azadlıqların məhdudlaşdırılması kimi xoşagəlməz halların baş verməsi, beynəlxalq ictimaiyyəti ciddi narahat edir. Biz isə həmin məsələlər barədə İran rəsmiləri ilə danışıqlar aparmağa çalışırıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər