3 Oktyabr 2018 07:18
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Apple” istehsalı olan smartfonların istifadəçiləri şirkətin messencerindən imtina edirlər.

Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, “iPhone” istifadəçiləri yeni “iOS 12” sisteminin istifadəyə verilməsindən sonra bu problemi aşkar ediblər: “iMessage” messencerində mesajlar başqa adresatlara göndərilir. Bu haqda “Forbes” məlumat verib.

İstifadəçilər “Reddit” portalında sözügedən messencerdə aşkar edilmiş səhvdən öz narazılığını bildirirlər. Onlar əmindirlər ki, bu problem əməliyyat sisteminin yenilənməsindən sonra meydana çıxıb. İndi istifadəçilər “iMessage” messencerinə etibar etmir, çünki mesaj başqa adresata göndərilə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər