Etirazçılar qarşısında çıxış edən N.Paşinyan deyib ki, Daşnaksütyun və Çiçəklənən Ermənistan partiyalarından olan nazirlər vəzifədən azad ediləndən sonra o özü də istefa verəcək.
Axar.az xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan İrəvanda, Baqramyan prospektindəki mitinqdə çıxışında deyib.
O bildirib ki, Çiçəklənən Ermənistan və Daşnaksütyun partiyalarından olan nazirlər vəzifələrindən azad ediləcəklər: "Çarukyan Bloku və Daşnaksütyundan olan nazirlərin işdən çıxarılması ilə bağlı administrasiyanın əmr hazırlamasını tapşırıb. Bundan əlavə, hökumətin yaxınlarda keçiriləcək toplantısında bu partiyalardan olan əyalət rəhbərləri də işdən azad ediləcək”.
Paşinyan həmçinin sakinlərə növbədənkənar seçkilər tələbi ilə üçün küçələrə çıxamaq çağırışı edib.
Nikol Paşinyan Respublika Partiyası və ona kömək edən qüvvələrin ölkədə əks-inqilab elan etdiklərini bildirib.
O, əks-inqilabın Ermənistanda şanslarının olmadığını bəyan edib.
“Bu səsvermə və bu qanunun qəbulu ilə Respublika Partiyası və ona yardım edən qüvvələr ölkədə rəsmən əks-inqilab elan ediblər. Əks-inqilabın Ermənistanda şansları yoxdur, çünki heç kim xalqın qələbəsini əlindən ala bilməz”, - deyə o vurğulayıb.
Xatırladaq ki, N.paşinyanın çağırışından sonra aksiyaçılar parlament binasını mühasirəyə alıblar və deputatların parlament binasını tərk etməsinə imkan vermirlər.
Bundan öncə parlament qanunvericiliyə dəyişiklik layihəsini qəbul edib. Qanun layihəsini Respublikaçılar Partiyası və Çarukyan Blokunun deputatları təqdim edib. Qanun layihəsi 67 səslə qəbul edilib. Çıxış Bloku dəyişikliyə etiraz olaraq Paşinyanın təklifi ilə iclası boykot edib.
Qanun layihəsi Parlament reqlamenti haqqındadır. Dəyişiklik parlamentin buraxılması imkanlarını daha da məhdudlaşdırır.
Bu, Paşinyana qarşı parlament partiyalarının qiyamı kimi xarakterizə edilə bilər. Belə ki, növbədənkənar seçkilərlə parlamentdə çoxluğu ələ keçirməyə çalışan Paşinyana qarşı artıq digər fraksiyalar birləşiblər. Parlamentdə çoxluğa sahib Sərkisyanın Respublikaçılar Partiyası Çarukyan Bloku və Daşnaksütyunla parlamentdə 3/2 səs çoxluğunu tam təmin edib.
21:16
Ermənistanda baş nazir Paşinyanın tərəfdarları etiraz aksiyası keçirib.
Teleqraf.com xəbər verir ki, buna səbəb deputatların ikinci dəfə baş nazir seçilməsi zərurəti yarandıqda, parlamentin buraxılmasını əngəlləyən qanun layihəsinə səs vermələri olub.
Paytaxt sakinkləri parlamentin giriş-çıxışı bağladıqları üçün deputatlar binadan çıxa bilməyiblər.
Qeyd edək ki, Ermənistan parlamenti növbədənkənar parlament seçkilərinin keçirilməsinin qarşısını almağa imkan verən qanun qəbul edib.
Ölkənin baş naziri Nikol Paşinyan isə daha öncə jurnalistlərə növbədənkənar parlament seçkilərinin bu ilin dekabr ayında keçiriləcəyini bildirmişdi.