3 Oktyabr 2018 10:32
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyi (XİN) NATO-nun Norveçdə keçiriləcək təlimlərinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Rusiya XİN sözçüsü Mariya Zaxarova NATO-nun Norveç sahillərində keçirəcəyi “Trident Juncture 2018” təlimlərinə yazılı şəkildə kəskin etirazını bildirib.

Norveçin ABŞ Hərbi Dəniz Qüvvələrinə aid əsgərlərin öz ərazisində yerləşdirməsini “dost olmayan addım” kimi qiymətləndirən Zaxarova Rusiya sərhədlərindən 30-dan çox ölkədən 40 mindən artıq əsgərinin qatılacağı təlimləri NATO tarixinin ən böyük hərbi əməliyyatı olduğuna diqqət çəkib:

“NATO-nun bütün bu hazırlıqlarına diqqət yetirilməyə bilməz. Rusiya öz təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri görəcək”.

Xatırladaq ki, Norveçdəki təlimlər 25 oktyabr tarixindən etibarən başlayacaq.


Müəllif: Mirvari Əzizova

Oxşar xəbərlər